ABŞ və Rusiya arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ukrayna müharibəsi ilə bağlı danışıqlardan sonra danışan ABŞ prezidenti Donald Tramp Ukraynanı hədəfə alıb.
Tramp mətbuata açıqlamasında Ukraynanın cavabından “məyus” olduğunu bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin sülh danışıqlarına dəvət edilməməsinin “sürpriz” olduğunu bildirib.
BBC-nin danışıqlara daxil edilməyən ukraynalılara hansı mesajı vermək istədiyi ilə bağlı sualına Tramp, “Eşitdim ki, masa arxasında olmadıqlarına görə təəssüflənirlər, əslində üç il, hətta çox əvvəl də masa arxasında idilər. Bu, çox asanlıqla həll edilə bilərdi” cavabını verib.
“Sən heç vaxt buna başlamamalıydın. Siz sövdələşə bilərdiniz. Mən Ukrayna üçün müqavilə bağlaya bilərdim”, – ABŞ prezidenti əlavə edib.
Xəbərin sonu
Səudiyyə Ərəbistanında ABŞ və Rusiya rəsmilərinin görüşündən sonra o, müharibənin bitəcəyinə “daha çox əmin olduğunu” deyib.
“Onlar çox yaxşı idi. Rusiya nəsə etmək istəyir. Onlar qəddar barbarlığı dayandırmaq istəyirlər.
“Düşünürəm ki, mənim bu müharibəni bitirmək gücüm var.
Avropa ölkələrinin Ukraynaya əsgər göndərmə ehtimalı ilə bağlı Tramp “Əgər bunu etmək istəyirlərsə, əla, mən də varam” deyib.
Lavrov: Biz Ukraynadakı NATO qüvvələrini sülh sazişi çərçivəsində qəbul etməyəcəyik
Ər-Riyadda Moskva və Vaşinqton nümayəndələri Rusiyanın üç il əvvəl Ukraynaya təcavüzünə başladıqdan sonra ilk dəfə üzbəüz görüş keçirib.
Rusiyanı xarici işlər naziri Sergey Lavrovun, ABŞ-ı isə həmkarı Marko Rubionun təmsil etdiyi görüşə Ukrayna və digər Avropa ölkələri dəvət edilməyib.
Görüşlərdən sonra açıqlama verən ABŞ naziri Mark Rubio, Avropa ölkələrinin dəvət olunmaması ilə bağlı “Burada heç kim kənarda qalmayıb” deyib.
Rubio, “müzakirələrdən ABŞ, Avropa, Ukrayna və dünya üçün çox müsbət şeylər çıxa bilər” dedi və əlavə etdi: “Ancaq ilk növbədə, bu münaqişəyə son qoymaqla başlayır”.
Marc Rubio, “Bunlar, sərt diplomatiya ilə bir müddət qapalı otaqlarda baş verə biləcək şeylərdir. Müharibənin bitməsi üçün hər kəs bundan məmnun olmalı və məqbul olmalıdır” dedi.
Rubio onu da vurğulayıb ki, bugünkü görüşün məqsədi ötən həftə ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığını davam etdirmək və “kommunikasiya xətlərini qurmaqdır.Rubio deyib: “Bu gün uzun və çətin səfərdə ilk addımdır, lakin bu, mühüm addımdır. Prezident Tramp seçki kampaniyasında da dediyi kimi, bu müharibəyə son qoymağa sadiqdir. O, razılaşmanın ədalətli, davamlı və daimi olmasını, iki-üç ildən sonra növbəti müharibəyə səbəb olmamasını istəyir”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da danışıqlar zamanı üç istiqamətdə razılığın əldə olunduğunu bildirib:
Lavrov həmçinin, “Çox faydalı bir dialoq oldu. Bir-birimizi dinlədik, eşitdik” dedi.
Rusiyalı nazir bəyan edib ki, Putin dəfələrlə deyib ki, o, NATO-nun genişlənməsini və Ukraynanın alyansa daxil olmasını Rusiya üçün “birbaşa təhdid” kimi görür.
Ukraynada NATO və ya AB-dən sülhməramlıların yerləşdirilməsi ehtimalı ilə bağlı Lavrov, “Silahlı qüvvələrin başqa bayraq altında meydana çıxması heç nəyi dəyişmir. Təbii ki, bu, tamamilə qəbuledilməzdir” deyib.Böyük Britaniyanın baş naziri Keir Starmer deyib ki, o, daimi sülh razılaşması əldə olunarsa, Ukraynaya qoşun göndərməyi düşünə bilər. Digər Avropa ölkələri bu məsələdə tərəddüd edir.
Kreml: “Lazım gəlsə, Putin Zelenski ilə görüşəcək”
Bu arada Kremlin sözçüsü Dmitri Peskov Rusiya lideri Vladimir Putinin Ukrayna prezidenti Vladimir Zelenski ilə “lazım gələrsə” görüşə biləcəyini deyib.
Lakin Peskov əlavə edib: “Ancaq Zelenskinin legitimliyinin şübhəli olduğunu nəzərə alsaq, razılaşmaların hüquqi əsaslarını müzakirə etmək lazımdır”.
Putin tez-tez səlahiyyət müddəti keçən may ayında başa çatan Zeleskinin legitimliyini şübhə altına alır. Ukrayna rəsmiləri deyirlər ki, Rusiyanın davam edən işğalı prezident seçkilərinin keçirilməsini mümkünsüz edir.
Peskov həmçinin vurğulayıb ki, Rusiya Ukraynanın Avropa İttifaqına qoşulmasının əleyhinə deyil və bunu öz təhlükəsizliyinə təhdid kimi görmür.
“Bu, hər bir suveren ölkənin hüququdur. Söhbət inteqrasiya və iqtisadi proseslərdən gedir və təbii ki, burada heç kim başqa ölkəyə nəyisə diktə edə bilməz. Biz bunu etməyəcəyik”, – Peskov bildirib.
“Ancaq bizim təhlükəsizliklə bağlı məsələlər, müdafiə və hərbi ittifaqlarla bağlı mövqeyimiz tamamilə fərqlidir. Burada başqa bir məsələ də var və bunu hamı bilir”, – Peskov bildirib.
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN