Sənətkara hər zaman dəyər verilməlidir-VİDEO

Mədəniyyət

Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, sevimli aktrisamız, “Bacanaqlar” serialının Bəstisi Fatma Mahmudova insult keçirib.
MUASIRMEDIA.AZ xəbər verir ki, Sevimli aktrisamız bizə verdiyi müsahibəsi zamanı qeyd etmişdi ki: Mənimlə maraqlanan yoxdur mən unudulmuşam. Amma nə sənətkar nədə sənət heç vaxt unudulmur. Bizim xalqımız hər zaman sənətkara qiymət verir. Elə bu xalqın nümayəndəsi olan sevimli aparıcımız Xəzər TV nin “Təsir dairəsi” verlişinin aparıcısı Lalə Azərtaş Xəzər TV və onun rəhbəri Xalq artisti Murad Dadaşovun adından Fatma xanımı ziyarət edib: Salam mənim əzizim Fatma xanım necəsiniz? Fatma xanım onu ayaq üstə qalxıb qarşılamaq istəsə də Lalə xanım izn verməyib: Mən elə bilirdim ki, unudulmuşam amma sən demə unudulmamışam. Lalə Azərtaş Murad Dadaşovun göndərdiyi gülləri ona verib – heç sizi unutmaq olar sənətkar. Mən Murad müəllimin və Xəzər TV nin sizə salamlarını gətirmişəm. Mən sizdən bir söz almaq istəyirəm sağalan kimi ilk mənim verlişimə gələcəksiz. Mən sizi gözləyəcəm. Fatma xanım ona gəldiyi üçün təşəkkür edib: mən Murad müəllimə və sizin vasitənizlə Mədəniyyət Nazirimiz Adil Kərimliyə və çalışdığım teatrın direktoru Əliqismət Lalayevə təşəkkür edirəm ki, məhz nazirimizin dəstəyi ilə Əliqismət müəllim mənə hər bir köməkliyi edir. Mən sizin vasitənizlə nazirimizə və direktorumuza verdiyim dəyər və etdikləri yardım üçün təşəkkür edirəm. Lalə xanım mən sizi və Murad müəllimi çox istəyirəm ona böyük hörmətim var. Sizə söz verirəm ki, inşallah ayağa qalxan kimi ilk sizin verlişinizə gələcəm. Çoxsağolun gəldiyiniz üçün və dəyər verdiyiniz üçün mən sizə minnətdaram. Sənətkara verdiyiniz dəyərə görə sizə və Xəzər TV-yə və onun rəhbərliyinə Fatma xanımın ailəsi və saytımız adından sizə təşəkkür edirik.

MUASİRMEDİA.AZ
Yazar: Ənvər Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir