Ötən gündən başlayaraq yağan güclü qar Cəlilabad-Yardımlı yolunda nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıb.
Sərt döngələr və yoxuşlarda buzlaşma səbəbindən sürücülərə çətin anlar yaşayıb. Bəzi avtomobillər irəliləməyə çalışsa da, bəziləri geri dönmək məcburiyyətində qalıb.Təcili yardım avtomobili hərəkət edə bilmir və yolda qalmış digər sürücülərdən kömək istəyir. Görüntülər Cəlilabad-Yardımlı yolunun Abazallı kəndi ərazisindəndir. Yolun buz bağlaması sürücüləri çıxılmaz vəziyyətdə qoyub. Yolda köməksiz qalan sürücülər bir-birinə yardım edərək yoxuşdan çıxmağa çalışır. Bölgədə qar yağışı davam edir. Ən çox qar ucqar dağ kəndlərinə düşüb, burada qarın hündürlüyü 30-40 sm-ə çatır. Sinoptiklər gün boyu fasilələrlə qar yağacağını və bəzi ərazilərdə intensiv olacağını bildirir.

MUASIRMEDIA.AZ
Yaqub Mehdioğlu Cəlilabad