QIŞ NAĞILI ….
SÖZ—- MEHDİ MƏLİKOV.
23.02.2025.
Qar yağdıqca dinməz,susar təbiət,
Ağ nura bürünər dərələr,dağlar.
Sanki bir rəssamın fırçası ilə,
Çəkilər qış adlı gözəl nağıllar.
Yuxuya dalar göl,donaraq sular,
Hər tərəf ağ nurla örtülər səssiz.
Səhər açılınca qarın işığı,
Göylərə ucalar min xəyal ,min iz.
Meşələr susqundu ,quşlar pənahda,
Xəzanın izləri qarla silinər.
Sükutda bir nağıl danışar quşlar,
Ürəkdən sevincə təbəssüm verər.
Qar yağdıqca dinməz ,susar təbiət,
Gözəllik donaraq qəlblərə qonar.
Dünya bir anlıq saflaşar,durular,
Bu ağ nağılların şehrində qalar.

MUASİRMEDİA.AZ