Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Bakerin BAKIDA-FOTOLAR

İdman
Bu günlərdə vətənimizdə işgüzar səfərdə olan Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Bakerin və həmin təşkilatın vitse-prezidenti Salim Kayıcının Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Kikboksinq Federasiyanın fəxri prezidenti Adil Əliyev və Azərbaycan Kikboksinq Federasiyanın prezidenti Orxan Əliyevlə görüşü baş tutub. Görüşdə kikboksinq idman növünün ölkəmizdə inkişafı, cari il ərzində keçiriləcək yerli və beynəlxalq yarışlar haqqında müzakirələr aparılıb, 2027-ci ildə keçirilməsi planlaşdırılan uşaqlar, kadetler, yeniyetmələr və gənclər arasında Avropa Birinciliyi ilə bağlı ilkin danışıqlar aparılıb.
Görüşdə federasiyanın birinci vitse-prezidenti Elşən Abdulrəhimov, vitse-prezident Eduard Məmmədov iştirak ediblər.
Görüş sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

MUASİRMEDİA.AZ