Novruz Bayramı ərəfəsində ölkəmizin hər yerində olduğu kimi Salyan rayonunda da genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilir. Rayonun Şorsulu və Boranıkənd kənd qəbirstanlığında kənd bələdiyyəsinin sədri Elmar Xudiyevin təşəbbüsü ilə sakinlər bir araya gələrək ətraf ərazidə təmizlik və abadlıq işləri aparıblar. Belə ki, qəbirstanlığın ərazisi alaq otlarından, kol – kosdan təmizlənib, hasarlar rənglənib, ağacların dibi bellənib, iqliminə uyğun həmişəyaşıl ağaclar və gül kolları əkilib.. Şorsulu bələdiyyəsinin sədri Elmar Xudiyev bildirib ki, bu kimi abadlıq işləri təkcə Novruz Bayramı ərəfəsində deyil, eləcə də il boyu aparılacaq.
https://www.facebook.com/yaqub.mehdiyev/videos/1158148762988116
MUASİRMEDİA.AZ
Yaqub Mehdioğlu Salyan