Mubariz Mansimovu sevenlerin tebriki

Cəmiyyət
Bu gün Azərbaycanımızın Qeyrətli və Qəhraman oğlu Mubariz Mansimov un Ad günüdür. Mən Mubariz bəyi həyatının ən özəl və ən gözəl günü olan Ad günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, ona uzun ömür, saf can, gözəl günlər və gözəl illər arzulayıram. Neçə belə gözəl illər qeyd edəsiniz, dəyərli və əziz Mubariz bəy. Allah səni, valideyinlərini və övladlarını qorusun. Amin. Ad gününüz mübarək olsun.
Bir iki cümlə Azərbaycanımızın bu igid oğlu barədə qeyd etmək istəyirəm.
Baxın dəyərli və qiymətli sosial şəbəkə istifadəçiləri, bu Qeyrətli və Qəhraman Azərbaycan oğlunun digər zəngin insanlardan bilirsiniz fərqi nədir? Bu insan başqa ölkədən qazanır və bir çox hallarda öz ölkəsində yəni Azərbaycanımızda olan insanlara kömək edir, sağalmaz ağır xəstələri aparır başqa ölkələrdə müalicə etdirir, saysız – hesabsız tələbələr oxutdurur, onlara hər cür maddi və mənəvi dəstək göstərir, bir çox Şəhid ailələrinə və Qazilərə şəxsən özü mütamadi yardımlar göndərir, bəlkə də saysız hesabsız ehtiyaclı insanlarımıza uzun illər maddi və mənəvi yardımlar edir. Ancaq özümüzdən olanlar, öz dövlətimizdən qazananlar (oğurlayanlar) nə edir? Öz ölkəmizdən aparıb başqa ölkələrdə işlər qurub, o ölkələrin insanların yemləyirlər. O, ölkələrdə qurub yaradırlar. Həmən ölkələrin Allahsız, dinsiz, kafir insanlarına xərcləyirlər. Bəzəndə görürsünüz o, ölkələrin hakim dairələri başlarına qapaz vurub, var dövlətlərin əllərindən alır, bunların isə qorxudan səsləri belə çıxmır…
Adı kimi özüdə Mubariz olan bu dəyərli və qiymətli oğul, layiq olduğu bütün xüsusiyyətlərinə görə hər zaman bir çoxlarından seçilir və fərqlənir. Ən əsası Mubariz bəy bəzilərindən fərqli olaraq Allahı tanıyır və bilir ki, Allah yolunda nə qədər xərcləsə Allah onun min qat əvəzini verir və verəcək. Allah sizə uzun ömür, saf can versin Azərbaycanımızın Qəhraman oğlu. Ömrünüz boyu xeyirxah, gözəl və Allah sevən işlər görmüsünüz. Allah sizdən milyon kərə razı olsun. Allah sizi böyüdüb, boya – başa çatdıran valideyinlərinizə uzun ömür, saf can versin, Inşəallah. Amin.
Mən həmişə demişəm, yenə də deyirəm siz Mubariz bəy, dövrümüzün yaşayan Hacı Zeynalabidin Tağıyevisiniz. Allah həmişə sizə yar və yardımçı olsun, Qeyrətli və Qəhraman Azərbaycan oğlu !
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir