Türkiyənin Bakıdakı səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayevin xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində minaya düşərək həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.
Səfirliyin “X” hesabında yazılıb.
“Mərhumun ailəsinin kədərini paylaşırıq. Can Azərbaycan xalqına başsağlığı veririk”, – paylaşımda qeyd edilib. MM.AZ