Azərbaycanda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı uşaq var

Hadisə

Sumqayıtda bir gündə doqquz uşağı itlər dişləyib.
Hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib.

Eyni bağçadan ayrı-ayrı vaxtlarda çıxan doqquz uşağa itlər hücum edib.

Azyaşlılar bədənin müxtəlif yerlərinin it dişləməsi diaqnozu ilə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıblar.

Bildirilir ki, itlər uşaqlardan birinin başını dişləyib.

MUASİRMEDİA.AZ