Qürurla yad edirik! Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İlkin Rəfail oğlu Quliyev 15 aprel 2002-ci ildə Moskva şəhərində anadan olub. 2020-ci ilin aprel ayından etibarən müddətli həqiqi hərbi xidmətə yollanıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 10 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. İlkin Quliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Ruhu şad olsun!
MM.AZ
YAQUB MEHDİOĞLU
