Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova bildirib. “Hazırda Xəzər dənizi akvatoriyasında küləyin sürəti 30-35 m/s-yə yüksəlib, sahilboyu ərazilərdə dalğanın hündürlüyü üç metrdən çoxdur. Bütün limanlara giriş və çıxış bağlıdır, yerli və xarici bayraq altında üzən gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara yerləşdirilib”, – o bildirib. Saat 06:00-a olan məlumata görə, Bakıda və Abşeron yarımadasında maksimal sürəti 33 m/s-yə çatan güclü şimal-qərb küləyi müşahidə olunub.
MUASİRMEDİA.AZ