Aktyor Edrien Broudinin 52 yaşı tamam oldu. “Pianoçu” filmində yəhudi əsilli Polşa musiqiçisi rolunu oynamaq üçün ciddi rejimli pəhriz saxlamağa məcbur olub – o, təkcə bir ayda 10 kiloqramdan çox arıqlayıb. Lakin məsələ bununla da bitməyib. Rola mümkün qədər dərindən köklənmək üçün Broudi bütün əlaqələrini kəsib: ailəsi ilə ünsiyyəti dayandırıb, hətta sevgilisindən də müvəqqəti ayrılıb. Gündə pianoda bir neçə saat ifa edib, mənzilə qapanıb. Rejissor Roman Polanskinin dəstəyi ilə Broudi altı ay ərzində insanlarla və hər hansı maddi nemətlərlə ünsiyyətdən imtina edərək tamamilə tərki-dünya həyat tərzi sürüb. Aktyorun əziyyətləri bəhrəsini verib – o, 29 yaşında “Pianoçu” filmindəki baş rola görə ən gənc Oskar mükafatçısı oldu. Məhz bu rol ona dünya şöhrəti gətirdi.
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN