Aşıq İslam Yusifov və Naxçıvan torpağının, Şərur elinin yetirməsi aşıq Nabat

Tarix
1960-cı il.
Aşıq Nabat – Nabat Paşa qızı Cavadova 1914-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Parçı kəndində anadan olub. 1934-cü ildə ailəsi ilə birgə Bərdə rayonuna köçüb. Burada Göyçəli aşıq Musanın şagirdi olub, onun yanında aşıqlıq sənətinin sirlərinə yiyələnib. Aşıq Nabat məlahətli səsi və gözəl ifaçılıq qabiliyyəti ilə tez bir zamanda qadın həmkarları arasında şöhrət qazanıb. Bakıda və 1938-ci ildə Moskvada keçirilən ədəbiyyat və incəsənət ongünlüklərinin, folklor festivallarının iştirakçısı olub, diplomlarla mükafatlandırılıb…
Aşıq Nabat Azərbaycan aşıqlarının ikinci (1938) və üçüncü (1962) qurultaylarının nümayəndəsi olub, Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940) iştirak edib. O, 3 oktyabr 1973-cü ildə Naxçıvanın Şərur rayonunun Siyaqut kəndində vəfat edib, həmin kənddə torpağa tapşırılıb. Aşıq Nabatın qızı, 90 yaşın astanasında olan Kəmalə xanım həyatdadır…
2 kişi ve müzik enstrümanı görseli olabilir
MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏT OĞLU
Tüm ifadeler:

Samral Mirzəyev, Məcid Rəşadətoğlu ve 14 diğer kişi