Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun Yuxarı Cürəli kəndində keçirdiyi səyyar qəbul zamanı vətəndaşlar tərəfindən əkin sahələrinin suvarılması məqsədilə istifadə olunan baş suvarma kanallarının qaızlması ilə bağlı qaldırdıqları məsələ Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən icra olunub. Bundan əlavə rayonun Aşağı Cürəli kəndində keçirilən səyyar qəbul zamanı 4 küçənin qreyderlə hamarlanaraq qumlanması ilə bağlı qaldırılan məsələ Aşağı Cürəli kənd icra nümayəndəliyi və bələdiyyənin yaxından köməkliyi ilə qreyderlənib. Ümumi uzunluğu 4 km olan bu küçələrin növbəti mərhələdə qumlanması nəzərdə tutulub..
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU