Xalq şairi Nəbi Xəzri və nəğməkar şair Ənvər Əlibəyli. Bu gün görkəmli şair, tərcüməçi və ictimai xadim Ənvər Əlibəylinin anım günüdür.
Ənvər Əlibəyli 1 aprel 1916-cı ildə Bakı şəhərində anadan olmuşdu. O, ali təhsilini əvvəl Tibb Texnikumunda, ADU-nun Fəhlə fakültəsində, daha sonra isə ADPU-nun Filologiya fakültəsində almışdı. 1939-cu ildən İkinci Dünya müharibəsi başlayana qədər Azərbaycan radiosunda çalışmışdı. Tiflisdə Topçular hərbi məktəbini bitirib, leytenant rütbəsi ilə könüllü olaraq ön cəbhəyə getmişdi…
İkinci Dünya müharibəsinin ilk günlərindən ordu sıralarında olan Ənvər Əlibəyli artilleriya batareyasının komandiri olmuş, 416-cı Taqanroq atıcı diviziyasında ağır döyüş yolu keçmişdi. Qafqaz və Ukraynanın azad olunmasında fəal iştirak edən Ənvər Əlibəyli 1944-cü ildə ağır yaralanmışdı. O, daha sonra döyüşdə iştirakını yazıçı-jurnalist kimi davam etdirmişdi.
Şair, tərcüməçi Ənvər Əlibəyli 7 may 1968-ci ildə Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdu. Allah rəhmət eləsin!

MUASİRMEDİA.AZ