Şirvanda avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Hadisə

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs olunub.

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Samir Həsənov saxlanılıb. Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S.Həsənov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 17 sutka inzibati qaydada həbs edilib.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir