Sumqayıtda marketin yanında qadın meyiti tapıldı

Hadisə

Sumqayıtda 67 yaşlı qadının meyiti aşkarlanıb.

Hadisə şəhərin 26-cı məhəlləsində qeydə alınıb.

1958-ci il təvəllüdlü Gülnarə Rzayevanın meyiti marketin yaxınlığında aşkar olunub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

MUASİRMEDİA.AZ