Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatı və “EMEDIA GROUP” Media Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə və anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Gələcəyin səmasında Azərbaycan imzası” tədbiri keçirilib.
Tədbirdə dövlət nümayəndələri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media nümayəndələri, ictimai-siyasi xadimlər, Azərbaycan Texniki Universitetinin rəhbər heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Texniki Universitetinin tələbələri tərəfindən hazırlanmış “M.AERO H10” adlı innovativ dron layihəsinin təqdimatı ilə yadda qalıb.
Layihə Ulu Öndər Heydər Əliyevin gənclərə olan diqqət və qayğısının, onun uzaqgörən siyasətinin bariz nəticəsidir. “H10” adının “Heydər Əliyev 10” kimi seçilməsi də təsadüfi deyil – bu, tələbələrin Ulu Öndərə olan dərin sevgisi və ehtiramının rəmzidir. Onlar bu layihə vasitəsilə yalnız texnoloji yenilik yaratmayıb, Ümummilli Lider Heydər Əliyevin gənclərə aşıladığı siyasəti yaşadaraq, onun ideyalarını real nəticələrə çeviriblər.





MUASİRMEDİA.AZ