Azərbaycan Premyer Liqasında 36-cı turun oyunları davam edir.
Günün sonuncu oyununda “Sabah” doğma meydanda “Neftçi”ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb – 1:0.
Xatırladaq ki, daha öncə “Səbail” evdə “Sumqayıt”a 1:4, “Şamaxı” isə “Qarabağ”a 0:1 hesabıyla uduzub. Mövsümün son iki oyunu (“Turan Tovuz” – “Kəpəz”, “Araz-Naxçıvan” – “Zirə”) sabah keçiriləcək.
MUASİRMEDİA.AZ