14 İyul 1969-cu il: Dövlətçilik tariximizin müdrik başlanğıcı və bugünkü qüdrətimizin təməli.
Bu gün Azərbaycanın siyasi tarixində bir dönüş nöqtəsi olan 14 iyul tarixini böyük ehtiramla anırıq. Məhz bu tarixdə Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi, xalqımızı birliyə, dövlətimizi isə inkişafa aparan əbədi bir yolun əsasını qoydu.
Heydər Əliyev şəxsiyyəti yalnız bir lider deyil, həm də müasir müstəqil Azərbaycanın hüquqi və demokratik dövlət kimi formalaşmasının memarıdır. Onun müəyyən etdiyi dövlətçilik fəlsəfəsi bu gün də bizim üçün ən ali qanun və rəhbər tutduğumuz ən böyük strateji xəttdir. Ulu Öndər hər zaman “Mən həmişə xalqımın yanındayam” deyərək, xalqına olan sarsılmaz sevgisini və bağlılığını nümayiş etdirib.
Çox şükürlər olsun ki, Ulu Öndərimizin bu müqəddəs mirası bu gün cənab Prezident İlham Əliyev tərəfindən çox böyük məharətlə və uzaqgörənliklə davam etdirilir. Cənab Prezident, Ulu Öndərin qoyduğu siyasi kursu ən müasir qanunvericilik bazası ilə möhkəmləndirərək, Azərbaycanı bölgənin və dünyanın ən güclü dövlətlərindən birinə çevirib.
Prezidentimizin həyata keçirdiyi islahatlar, qəbul edilən qanunlar və apardığı uğurlu siyasət, məhz Heydər Əliyev məktəbinin ruhunu daşıyır və xalqımızın rifahına, dövlətimizin əbədi müstəqilliyinə xidmət edir.
Biz bu tarixi günün şahidi olaraq qürur duyuruq ki, Azərbaycanın etibarlı əllərdə olduğunu görür və bu inkişafın canlı iştirakçısıyıq. Ulu Öndərimizin ruhu şad olsun, Cənab Prezidentimizin qətiyyəti daim olsun!
MUASİRMEDİA.AZ
