İsveçrə Türkiyədən oğurlanan bu əsərləri geri verdi

İncəsənət

İsveçrə 7 tarixi əsəri, o cümlədən Tunc dövrünə aid heykəlcikləri Türkiyəyə qaytarıb.

Türkiyə KİV-si  məlumat yayıb.

Avropaya qaçaq yolla aparılan tarixi əsərlər arxeoloji mədəniyyət sərvətlərinin mühafizəsi ilə bağlı 2022-ci ildə imzalanan ikitərəfli müqavilə çərçivəsində Bern səfirliyində Türkiyəyə çatdırılıb.

Bildirilib ki, geri qaytarılan tapıntılar Türkiyədə elmi ekspertizadan keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi aparılan təhlillərdən sonra bu tarixi əsərləri öz muzeylərində sərgiləyəcəyini açıqlayıb. 

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir