Hadisə rayonun Muğan Gəncəli kəndində qeydə alınıb. Belə ki, 69 yaşlı Bahar İmanovaya məxsus fərdi yaşayış evi anidən alovlanmağa başlayıb. Əraziyə FHN-nin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb, alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, ümumi sahəsi 240 kvadratmetr olan fərdi yaşayışevi yanaraq yararsız hala düşüb. Evə baxış keçirilən zaman bir ailənin4 üzvünün-36 yaşlı Tural İmanovun, övladları 5 yaşlı Osmanbəy, 1 yaşlı Esma İmansoyların və 23 yaşlı Safalı İmanovanın meyiti aşkarlanıb.Yanğın hadisəsinin hansı səbəbdən baş vrdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
https://www.youtube.com/watch?v=HFZKGytOLSc
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
YAQUB MEHDİ OĞLU