Erməni əsirlərini xilas etmək üçün paşınyan oğlu Aşotu teklif edib

Dünya

Paşinyan jurnalist Anna Akopyanla evlidir. Onların üç qızı və bir oğlu var. 2012-ci ildən “Haykakan Jamanak”ın baş redaktoru kimi çalışan Akopyan Paşinyanla rəsmi nikahda deyil, onların kilsə mərasimi üzərindən də evliliyi yoxdur. Paşinyan nə vaxtsa bir gün erməni apostol kilsəsində evlənə biləcəklərinə ümid etdiyini bildirmişdi. Hazırda kilsə ilə münaqişədə olan Paşinyanın bu arzusunun baş tutacağı daha az ehtimal olunur.

Onların oğlu Aşot könüllü olaraq 2018- 2020-ci illərdə, hətta müharibə zamanı Qarabağda xidmət edib.

IMG_2388.jpeg (54 KB)

Paşinyan köhnə müsahiblərinin birində bildirib ki, o və ailəsi Erməni Apostol Kilsəsinin tərəfdarıdır: “Müqəddəs Eçmiədzini vaxtaşırı ziyarət etmək lazımdır. Ora həm də keçmiş və gələcək haqqında düşünmək üçün ən münasib yerdir”. Təbii ki, indi o, “Müqəddəs Eçmiədzin” haqqında tamam fərqli fikirdədir…

Orasını da xatırladım ki, Nikol Paşinyan 2021-ci ildə Ermənistanda keçiriləcək parlament seçkiləri üçün təbliğat apararkən, oğlu Aşotu Azərbaycanda saxlanılan bütün erməni əsirləri ilə dəyişmək təklifini irəli sürmüşdü…

Emil Sanamyan yazıb ki, inqilab Paşinyanı “tənha Don Kixotdan Ermənistanı korrupsioner rejimdən “xilas etməyi” bacaran cəngavər Santaya çevirdi”…

Nikol Paşinyan 1 iyun 1975-ci ildə Tavuş vilayətinin şimal-şərqindəki İcevan şəhərində anadan olub. Paşinyanın atası Vova Paşinyan (1940–2020) futbol və voleybol üzrə məşqçisi olub və bədən tərbiyəsi müəllimi kimi çalışıb. Paşinyanın cəmi 12 yaşı olanda anası Svetlana vəfat edib və o, ögey anası Yerjanik tərəfindən böyüdülüb.

IMG_2389.jpeg (49 KB)

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir