Atam deyərdi ki, “Qadın uzun saçlı, iri gözlü olmalıdır!”-FOTO

Cəmiyyət
Atam deyərdi ki, “Qadın uzun saçlı, iri gözlü olmalıdır!”
Amma anamın nə uzun saçları vardı,
nə də iri gözləri.
Anam isə kişinin yaraşıqlılığının vacib olmamasına inanardı.
Onun fikrincə, yaraşıq kişiyə yaraşmazmış.
Kişinin əlləri kobud, yanaqları isə yanıq olmalıdırmış.
Amma atam həm yaraşıqlı idi, həm də cəlbedici.
Nə əlləri kobud idi, nə də yanaqları yanıq.
Onlar bir yerdə xoşbəxt deyildilər.
Çünki onların qarşı cins haqqında düşüncələri
həyatlarında olan qarşı cinslə tam ziddiyyət təşkil edirdi.
Onlar heç vaxt demədilər ki,
qadın aşiq olmalıdır və kişi bu eşqə layiq olmalıdır…
Onlar eşqi – bu zərurəti –
həyatlarından senzura etdilər.
Və mən illərlə xurafatlarla savaşaraq anladım ki,
eşqsiz nə uzun saçlarım gözəldir,
nə də iri gözlərim…
nə də kobud əlləri və yanıq yanaqları ilə bir kişi
mənim xoşbəxtliyimi təmin edə bilər!
Bu fotodakı qadın XX əsr İran modern poeziyasında “Şeir e No” (yeni şeir) cərəyanının parlaq nümayəndəsi Foruq Fərruxzaddır. Foto 1950-ci illərin sonunda çəkilib.Bu sözlər də ona aiddir…

1 kişi görseli olabilir
MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir