Səbail Rayon Polis İdarəsinin 41-ci və 8-ci Polis Bölmələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı iki şəxs saxlanılıb.
32 yaşlı Ülvi Rüstəmlidən 4 kiloqram marixuana, heroin, tiryək və 100 ədəd güclü təsiredici xassəyə malik tramadol həbi aşkarlanaraq götürülüb.
29 yaşlı Təbriz Ağayevdən isə 8 kiloqram marixuana aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Araşdırmalar zamanı müəyyən olunub ki, hər iki şəxs narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından əldə edərək maddi qazanc müqabilində əvvəlcədən təyin edilmiş ünvanlara çatdırmağı planlaşdırıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
MUASİRMEDİA.AZ