Baxırsan, adamın ürəyi ağrıyır-VİDEO

video
Baxırsan, adamın ürəyi ağrıyır, bu görüntülərə, bizim və digər postsovet məkanı cavanlarının Rusiyada qov-haqov və aıçaldılma səhnələrinə. Əsas da, bu Yekaterinburq hadisəsindən sonra bizim azərbaycanlılara qarşı kəskin münasibət hallarına. Demək olar ki, bütün ölkə üzrə sərtlik.
Hamısı nədəndir? Sovetlər sistemi dağılandan sonra, Rusiya imperiya ahəngini saxlamaqdan ötrü özünü böyük qardaş, sonralar da Putin isə öz imicini xalqların xeyirxah lideri kimi göstərdi ki, gəlin Rusiyada işləyin, bizə də sizə də xeyirli. Respublikalar, onların xalqları da ona inandılar.
Rusiya qucaq açdı, əldən qopan da oraya qaçdı, getdilər, zülm əziyyətlə iş qurdular, kök saldılar. Yaşamlarını arxayın Rusiyaya bağladılar. Daha bilmədilər ki, bu bir siyasətdir o respublikaların vətəndaşlarını, həyatını özündən asılı vəziyyətə salıb, Respublikaları özünə tabe etdirmək üçün.
İndi də, cənab Putin oturub Kremldə, istədiyini etməyən, ya xoşuna gəlməyən respublikaların təsir, təzyiq vasitəsi kimi saxladığı insanlarını, döydürür, qovdurur, tutdurur, işgəncələr verdirir. Halbuki, o miqrantlar işləyib qazandıqlarından qat-qat çox xeyir verirlər Rusiyaya. Əclaflıqdır!

Videoda, bu gün Boronejdə bizim azərbaycanlı iş adamlarını tuthatut, qovhaqovdur… Təəssüf.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir