Sabirabad sakini Kür çayında boğulub. Hadisə Kür çayının rayonun Ulacalı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Ulacalı kənd sakini 19 yaşlı Eldəniz Məmiyev sərinlənmək məqsədi ilə Kür çayında çimmək istəyərkən suyun bir neçə metr dərinliyi olan hissəsinə düşüb, sudan çıxa bilməyib. Eldəniz Məmiyev dostları ilə birgə ötən gün günün ikinci yarısında Kür çayınıın bu hissəsinə çimmək üçün gəliblər və Eldəniz Məmiyev suya daxil olduqdan bir neçə dəqiqə sonra isə boğulub. Onun meyiti bu gün səhər saatlarında boğulduğu yerdən bir neçə m kənarda tapılıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub. Aparılan axtarışlar nəticəsində batan şəxsin meyiti tapılıb. Müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Sabirabad rayon şöbəsi üzrə təhvil verilib.Qeyd edək ki, Eldəniz Məmiyev Bakı Biznes Universitetində təhsil alırmış. Faktla bağlı araşdırma aparılır.

MM.AZ
YAQUN MEHDİ OĞLU
YAQUN MEHDİ OĞLU