İmişlidə rayonunda tövlə və min ədəddən çox ot bağlamasının yanması ilə nəticələnən hadisə baş verib.
Hadisə ötən gün axşam saatlarında İmişli rayonu Hacıalmuradlı kəndində qeydə alınıb. Kənd sakini R. Əbişova məxsus fərdi təsərrüfatda yerləşən ot bağlamalarının yığıldığı çardaqda başlayan yanğın qısa müddətdə güclənib və yaxınlıqdakı tövləyə keçib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülərək ətraf ərazilərə və tikililərə keçməsinin qarşısı alınıb, 2 min ədəd ot bağlaması yanğından mühafizə olunub. Hadisə nəticəsində ot bağlamalarının saxlandığı çardaq, 1300 ədəd ot bağlaması və tövlə yanaraq yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.
MM.AZ
YAQUB MEHDİ OĞLU
YAQUB MEHDİ OĞLU