Milli Məclis kazinoların fəaliyyətinə icazə verdi

ölkə
Milli Məclis iyulun 8-də keçirilən növbədənkənar sessiyasında Azərbaycanda kazinoların fəaliyyətinə icazə verən qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
 Qanun layihəsində süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarının müəyyən edilməsi nəzərdə tutulur.
Bununla da, kazino oyunları yalnız Xəzər dənizində yaradılan süni torpaq sahələrində keçirilə bilər.
Milli Məclisin iclasında süni torpaq sahələrində kazino oyunlarının təşkili və keçirilməsinin vergi daxilolmalarının artmasına, ölkənin turizm potensialının inkişafına, yeni iş yerlərinin açılmasına xidmət edəcəyi bildirilib.
“Əlavə edilib ki, kazino oyunlarının yalnız süni torpaq sahələrində təşkil olunması bu fəaliyyətin nəzarətli və mərkəzləşdirilmiş formaya salınmasına imkan verir. Eyni zamanda, bu dəyişikliklərlə lisenziyalaşdırma, AML/CFT nəzarəti, reklam hüququ, vergi və rüsum tənzimləmələri, eləcə də hüquqi və inzibati məsuliyyət mexanizmləri normativ əsasda təsbit edilir”, – deyə məlumatda qeyd edilib.

MM.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir