Mən axı kiməm ki , səni aldadam-RAMİZ RÖVŞƏN

Ədəbiyyat
Bir gün bu dünyadan qaçıb uzağa
deyərəm : ilahi dünya soyuqdu.
Deyərəm: ilahi ,bu necə işdi,
Ya sən bu dünyanı tamam dəyişdir ,
ya özgə gözlə bax bu dünya da.
Bir az buluddan kəs, bir az yağışdan,
qoy bu köhnə evin damı dammasın.
Bir az ümiddən kəs, bir az sevincdən,
qarışdır dərdimə,- havalanmasın.
Özün ki, həmişə göydən baxırsan ,
Mən axı kiməm ki , səni aldadam.
Kefim saz olanda –
yaddan çıxırsan
Kefim pis olanda –
düşürsən yada….
1 kişi görseli olabilir

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir