Bir gənc bəstəkar gəlir Üzeyir Hacıbəylinin yanına ki, əsər yazmışam. Üzeyir bəy dinləyir və gəncdən adını soruşur. Gənc cavab verir ki, adım Balaqədeşdir. Üzeyir bəy deyir, bala, əsərini bəyəndim, amma bu adda bəstəkar olmaz, sabah əsərlərin səslənəndə adını eşidən kimi camaatı gülmək tutacaq. Soyadını soruşur. Gənc cavab verir ki, Cahangirov. Üzeyir bəy deyir, bu gündən sən oldun Cahangir Cahangirov.
MUASİRMEDİA.AZ