AXCP BU GÜN OKTAY GÜLƏLİYEVƏ BAŞ ÇƏKİBLƏR

Siyasət
Milli Şura Koordinasiya Mərkəzinin üzvlərilə birlikdə dostumuz, əqidədaşımız, MŞ KM üzvü Oktay Gülalıyevə baş çəkdik.
Oktay bəylə xeyli söhbət etdik. Təəssüf ki, Oktay bəy hələ də danışmır, cavab verə bilmir. Ancaq bu gün əmin oldum ki, Oktay bəy dərin və ümidsiz komada deyil. Oktay bəy bizi eşidirdi, danışığımıza, suallarımıza reaksiya verməyə çalışırdı. Onunla danışa-danışa qəsdən (onun reaksiyasını yoxlamaq üçün) bir neçə dəfə yerimi dəyişdim – sağından soluna və əksinə. Mən yerimi dəyişdikcə, başının istiqamətini dəyişib, məni yaxşı eşitməyə çalışırdı.
Oktay bəylə bügünkü görüş məni xeyli ümidləndirdi.
Tərtər cinayətlərini ilk dəfə sübutlarla ifşa etmiş, buna görə hədələnmiş və məhz buna görə də indiki çətin vəziyyətinə düşmüş mübariz, cəsur dostumuz Oktay bəydən dualarımızı əsirgəməyək.
Ayrıca 5 ildən artıq bir müddətdə böyük fədakarlıq və qayğı ilə Oktay bəyin qulluğunda duran, ona gecə – gündüz qayğı göstərən həyat yoldaşı Füruzə xanıma da sonsuz hörmətimi ifadə edirəm. Allah onun da əziyyətlərini yerdə qoymasın, minlərlə haqqı, hüququ pozulmuş azərbaycanlının təmənnasız müdafiəçisi olmuş Oktay bəyə şəfa versin.

2 kişi görseli olabilir
MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir