Aktyor Səməndər Rzayevə qarşı olunan haqsızlıqlar

Tarix

“Dəli Kür” filmində Molla Sadıq roluna ilk öncə Səməndər Rzayevi çəkmək istəyiblər, lakin çox cavan olduğu üçün çəkməyiblər. Səməndər Rzayev “Qanun naminə” filmində də Mehman rolu üçün sınaqdan keçib. Onda da ayağında problem olduğundan çəkməyiblər. Çünki filmdə bir sıra tryuklar etmək lazım imiş. “Bəyin oğurlanması” filmində aktyor bütöv bir yayı ev üzü görməyib, çəkilişlərdə oldu. Amma filmdə cəmi 3 epizod saxlanıldı. “Bəyin oğurlanması”nda, “Babamın babasının babası” filmində də onun çəkildiyi epizodlar qayçılanıb. Ona Xalq artisti adı verilməməsi aktyora pis təsir edib. Bunu özünə dərd edirdi. Çünki ondan sonra gələnlər bu adı almışdı, amma S.Rzayev yox. Hər dəfə adı ad siyahısından silinirdi. Başqa məsələlərdə də ona qarşı haqsızlıq olurdu. Adını ev siyahısına salıblar, səhəri gün isə pozublar, tamamilə dəxilsiz bir adama rüşvətlə verirdilər. Aktyor 11 il balaca, birotaqlı evdə yaşayıb. Təzə veriləndə də, içərisində heç üç il yaşamadı.

bir veya daha fazla kişi ve gülümseyen insanlar görseli olabilir
MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir