Pezeşkian: Necə olur biz Azərbaycanla əlaqələr qura bilmirik, amma İsrail qurur, özümüz günahkarıq!

Siyasət

“Azərbaycan bizimlə eyni xalqdır və doğmalarımızdır! Necə olur ki, biz əlaqələr qura bilmirik, amma İsrail qura bilir!?”

Bunu İran prezidenti Məsud Pezeşkian deyib

 

“Burada günahkar onlar deyil, bizik. Biz ikitərəfli əlaqələri qura bilməmişik. Ona görə də başqalarının bölgəmizə sızmasının qarşısını almaq üçün qonşularımız, region ölkələri ilə birləşməli və cərgələrimizi sıxlaşdırmalıyıq. Biz müsəlmanlar birləşməliyik. Bu mənim ali rəhbərlə məsləhətləşmə, koordinasiya yolu ilə formalaşan inam və rəyimdir. Birlik və vəhdət bizim ilk və son inancımızdır”, – Pezeşkian qeyd edib.

MUASİRMEDİA.AZ
GÜLƏR AMİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir