DİN BNMİ-dən əməliyyatlarla 27 kiloqram narkotik vasitə aşkarlanıb

ölkə
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirir.
Xəzər, Abşeron və İmişli rayonlarında həyata keçirilən son əməliyyatlar zamanı narkokuryerlər— Kamil Hüseynzadə (56 yaş), Eldəniz Musayev (48 yaş), Rəşad İsmayılov (44 yaş) saxlanılıblar.

Onlardan 27 kiloqram marixuana və satış məqsədilə istifadə olunan elektron tərəzilər aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər İran vətəndaşları ilə cinayət əlaqəsinə girdiklərini və ölkə ərazisində narkotik satışını təşkil etməyə çalışdıqlarını etiraf ediblər.
Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs ediliblər. Əməliyyat tədbirləri davam etdirilir.
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir