Rusiya ordusunun Kiyevə hücumu nəticəsində həlak olanların sayı 28-ə çatıb

Dünya
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Onun sözlərinə görə, ölənlərdən üçünün uşaq olduğu təsdiqlənib.
Tkaçenkonun verdiyi məlumata əsasən, iyulun 31-də baş verən hücum nəticəsində 100-dən çox obyekt zərər görüb. Bunlara yaşayış binaları, məktəblər, uşaq bağçaları, tibb müəssisələri və universitetlər daxildir.
Svyatoşin rayonunda 9 mərtəbəli binanın bir girişi raketin birbaşa dəyməsi nəticəsində dağılıb.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti daha əvvəl bildirmişdi ki, gecə və səhər saatlarında xilasedicilər həmin binanın dağıntıları altından 10 nəfərin cəsədini çıxarıblar.
Onlardan biri iki yaşlı uşaq olub. Ümumilikdə 159 nəfər yaralanıb, onlardan 16-sı uşaqdır.
MM/.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir