Türkiyənin Bursa şəhərində şübhəli bilinən avtomobil saxlanılıb . Avtomobildə axtarış zamanı 2 ədəd müdafiə tipli əl bombası aşkarlanıb. Avtomobilin sürücüsü saxlanılaraq istintaqa cəlb edilib. Araşdırma nəticəsində onun Fırat Timuçinə bağlı cinayətkar qruplaşma ilə bağlı olduğu müəyyən edilib. Məlum olub ki, o, xaricdə gizlənən təşkilat rəhbərlərindən aldığı təlimatlarla İzmirdə bəzi şəxslərə qarşı şantaj və hücumlar planlaşdırıb.
Əməliyyat zamanı 2 əl bombası, 3 qanunsuz tapança, 94 ədəd güllə və 2 GPS izləmə cihazı ələ keçirilib. İstintaq tamamlandıqdan sonra 4 şübhəli məhkəməyə çıxarılıb və barələrində həbs qətimkan tədbiri seçilərək penitensiar müəssisəyə göndəriliblər.
MM.AZ