Paşinyan haqqında ermənilərin rəylərini oxuyuram. Dəhşətdir. Necə iyrənc sözlər yazırlar. Paşinyanı birbaşa türkün adamı hesab edirlər. Bunlar üçün Paşinyan məğlubiyyətin altına imza atır, sülhün yox. Görünür, Ermənistan cəmiyyətində revanşist hisslər hələ uzun müddət davam edəcək. Hələ də qisas hissi ilə yaşayan nə qədər adamlar var. İstənilən vaxt onları qızışdırmaq iki vur ikidir. Görünür, belə şeylərə görədir ki, gələcək nəsillərə problem qalmasın deyə İlham Əliyev Ermənistan konstitusiyasının dəyişdirilməsini və ordakı ərazi iddialarının tamamilə çıxarılmasını israrla tələb edir. Bayaqdan o rəyləri oxuyuram. Yekə-yekə erməni arvadlarında bir nifrət var, bir hirs, hikkə var. İndi onlar öz aləmlərində torpaqlarını itiriblər. İndi öz aləmlərində övladları vətən yolunda şəhid olub. Onların aləmində biz Ermənistan torpağını işğal edib öz ərazimizə qatmışıq, indi də sülh müqaviləsi bağlamaq istəyirik. Onların aləmində Paşinyan indi onların balalarının qanını batırır. Təxminən torpaqlarımızı işğaldan azad edənə qədər biz necə qəzəbliydiksə, indi onlar elədir.
MM.AZ
kəramət Böyükçöl