Sevdiyiniz insanlar üçün ümidinizi kəsməyin-OXUYUN MATAQLI HEKAYƏDİR

Cəmiyyət
İkinci uşağının olacağını öyrəndikdə çox sevindi və 3 yaşlı oğlunu doğulacaq bacısı üçün hazırlamağa başladı.
Oğlu hər gün anasının qarnındakı bacısı üçün mahnı oxuyurdu. Bacısını görmədən aralarında bir sevgi bağı yaratmışdı.
Zaman gəldi, doğum sancıları başladı. Doğuş əməliyyatı çox ağır keçdi. Sonda uşaq doğuldu. Uşağın vəziyyəti çox ağır olduğu üçün reanimasiyaya yerləşdirdilər. Günlər keçdikcə körpənin vəziyyəti daha da pisləşirdi. Həkimlər çarəsiz qalmış, uşağın xilas olmasına ümid yox idi.
Uşaq üçün evlərində xüsusi bir otaq hazırlanmışdı. İndi həmin otaq cənazə üçün hazırlanırdı.
3 yaşlı oğul isə bacısını görmək üçün yalvarır. Bacımı görmək, ona mahnı oxumaq istəyirəm deyib dururdu.
Amma reanimasiyaya uşaqların girişi qadağan idi. Sonda ana qərar verdi, nə olursa olsun oğlunu içəri keçirəcək. Onsuz da bacısı çox ağır idi, ölməsi labüddür.
Oğlunu bir ziyarətçi geyiminə bürüyüb içəri keçirdi. Böyük tibb bacısı uşaqların bura daxil olması qadağandır deyib ananı uyardı.
Qadın tibb bacısına dönərək bağırdı: Oğlum bacısına mahnı oxumadan burdan çıxmayacaq. Sonra isə oğlunu bacısının yanına apardı. Kiçik qızın yaşam savaşı bitmək üzrə idi. Oğlan bir müddət bacısının üzünə baxdı, sonra isə bacısı üçün mahnısını oxumağa başladı.
Sən mənim gün işığımsan, tək gün işığım, göy mavi olarkən sən məni sevincə qərq edəcəksən.
Kiçik qız səsi tanıyaraq təpki verdi. Ürək vurğuları düzəlməyə başladı.
Ana oğluna, sən mahnını oxu dedi. O isə davam etdi.
Xahiş edirəm gün işığını məndən alma, mənim körpəm…
Uşaq mahnını davam etdikcə qızın nəfəs alması da tezləşirdi.
Ana göz yaşları içərisində oğluna davam et deyirdi.
Az əvvəl onu içəri almaq istəməyən tibb bacısı da göz yaşları içində uşaqlara baxırdı. Ana da artıq oğlu ilə bərabər oxuyurdu:
Səni çox sevdiyimizi əsla bilməyəcəksən körpə mələyim,
Xahiş edirəm gün işığını məndən alma …
Bütün personal onların başına toplaşmışdı.
Ana, oğul isə mahnılarına davam edirdi.
Bir neçə günün içərisində qız yaxşılaşdı. Qardaşına, anasına və otağına qovuşdu.
Sevdiyiniz insanlar üçün ümidinizi kəsməyin.
Sevgisiz, ümidsiz qalmayın.
Söz ürəkdən çıxarsa, ürəyə də çatar,
Dildən çıxarsa qulaqdan o yana getməz.
2 kişi ve bebek görseli olabilir
MUASİRMEDİA.AZ