“Azərsun Holdinq” MMC-nin tərkibində fəaliyyət göstərən “Bazarstore” mağazalar şəbəkəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) apardığı operativ vergi nəzarəti nəticəsində cərimələnib.
Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması ilə bağlı tərtib edilmiş AKT-a əsasən, “Bazarstore” MMC-yə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Nəzarət tədbiri zamanı pul hesablaşması zamanı qanun pozuntusuna yol verildiyi müəyyən olunub.
Əldə olunan digər məlumata görə, şirkətin hazırda 11.917,01 manat məbləğində vergi borcu var.
Qeyd edək ki, “Bazarstore” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1129-cu məhəllə ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Ebrahim Samadidir.
MM.AZ