Tramp Alyaskada Putinlə birgə fotosunu paylaşdı

Dünya
Tramp Alyaskada Putinlə birgə fotosunu paylaşdı və buna Niksonla Xruşşovun fotosunu da əlavə etdi.
ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə Rusiya prezidenti Vladimir Putinlə Alyaskada çəkilmiş şəklini yayımlayıb. Paylaşımda həmçinin ABŞ-ın keçmiş prezidenti Riçard Nikson və SSRİ rəhbəri Nikita Xruşşovun tarixi görüşünün fotosu da yer alıb.

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə çəkilmiş fotosunu 1959-cu ildə ABŞ-nin o dövrkü vitse-prezidenti Riçard Niksonla SSRİ lideri Nikita Xruşşov arasında baş tutan görüşdən bir kadrla müqayisə edib.

Tramp bu paylaşımı sosial şəbəkə platforması olan “X” üzərindən edib.

Paylaşımda Tramp iki oxşar fotoya yer verib: biri Alyaskada Putinlə son görüşləri zamanı çəkilmiş şəkil, digəri isə tarixi Nikson-Xruşşov görüşündən olan məşhur kadrdır.

Putin və Trampın son görüşü avqustun 15-də Alyaskadakı hərbi bazada baş tutub. Təxminən üç saat davam edən danışıqlar zamanı formatlar da dəyişib, liderlər əvvəlcə Amerika prezidentinin limuzinində təkbətək söhbət aparıb, daha sonra isə dar formatda “üçə qarşı üç” görüş keçirilib.

Rusiya tərəfdən görüşdə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov iştirak edib. ABŞ tərəfini isə Dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil ediblər.

Görüşün detalları tam açıqlanmasa da, müşahidəçilər bu təması Rusiya–ABŞ münasibətlərində yeni mərhələyə keçidin siqnalı kimi qiymətləndirirlər.

MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir