2010-cu ildə Rusiyanın Sibir bölgəsinin bəzi yerlərində baş verən güclü buzların əriməsindən sonra bir ton ağırlığında gözəl yunlu mamont balası tapılıb.
39.000 il buzda qaldıqdan sonra balanın vəziyyəti mükəmməl Qalıb. Kürkü və əzələ toxuması hələ də sağlam şəkildədir. Rus alimləri tarixdə ilk dəfə olaraq ibtidai bir heyvandan qan nümunəsi götürməyi bacarıblar.

Aparılan araşdırmalara görə mamontun ölümü bataqlığı keçərkən baş verib və aşağı temperaturla yanaşı ətrafdakı buz səbəbindən bədən mükəmməl vəziyyətdə qalıb.
Cənubi Koreyalı alimlər və tədqiqatçılar isə “Yuka” adlandırılan bu mamont balasının bədənindən əldə edilən DNT nümunələri sayəsində gələcəkdə nəsli kəsilmiş bu növü klonlayaraq tarixin ən böyük məməlilərindən birinə yenidən həyat verə biləcəklərini düşünürlər.

MM.AZ