Bunlardan ən çox müzakirə olunan mövzulardan biri də kişi üçün qızılın haram olmasıdır.
Bəs həqiqətən də dinimiz kişilərə qızılı haram buyurub?
Məlumdur ki, Məhəmməd Peyğəmbər (Ə) hədislərində kişilərə qızıl gəzdirməyi qadağan etmiş, qadınlara isə icazə vermişdir.
Alimlər bu qadağanın izahını vermişlər. Onların fikrincə nişan üzüyü sağlamlığımıza kifayət qədər ciddi təsir göstərir. Mütəxəssislər adsız barmaqda qızıl üzük gəzdirməyin kimə xeyir, kimə isə ziyan verdiyini də göstərmişlər.
Kişilərə nişan üzüyünü daim gəzdirmək olmaz. Çünki qiymətli metal vaxt keçdikcə oksidləşir və kimyəvi reaksiya məhsulları əmələ gətirir. Bu isə kişilərin cinsiyyət vəzilərinə mənfi təsir göstərir. Cinsiyyət vəzilərinin fəaliyyətini, əyarından asılı olmayaraq, bir milliqram qızıl oksidi də pozur. Maraqlı odur ki, qızılın mənfi təsiri qadınlara aid deyildir. Alimlər bunu qadın orqanizminin hormonal və cinsiyyət sisteminin xarici təsirlərdən yaxşı müdafiə olunması ilə izah edirlər.
İlahiyyatçı Tural İrfan da Patrulaz.az-a açıqlamasında mövzu ilə bağlı öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Quranda kişinin qızıl istifadə etməsinin haram olduğunu göstərən ayə yoxdur, sadəcə müxtəlif hədislər var:
“Ümumiyyətlə belə rəy mövcuddur ki, qızıl və ziynət əşyaları qadın üçündür. Yəni, kişiyə qadın kimi bəzənmək, özünü diqqətə gətirmək bəyənilmir. Fəqət qızıl diş yaxud alət kimi vasitələrdən istifadə icazəli sayılır. Kişi üçün əsas gümüş bəyənilən sayılır. Qızılın kişiyə deyil, qadına uyğun olmasının hikməti budur ki, İslamda qadın daha qiymətli tutulur. Çünki qızıl gümüşdən daha dəyərlidir. Lakin Quranda bu hökmün olmaması onu göstərir ki, qızıl məsələsi üstündə durulacaq böyük və əhəmiyyətli bir məsələ deyil. Sadəcə tövsiyə olunur ki, ipək parça və qızıl kimi ziynət əşyaları qadınlara aiddir”.
MM.AZ
MM.AZ