Qızmar günəş altında səhrada çəkiliş

Mədəniyyət
Filmin yaradıcı heyəti qızmar günəş altında səhrada çəkiliş aparırdı. Çətin şəraitdə baş tutan proseslərin birində bir hindu (qızıldərili) meydana yaxınlaşır və rejissorun yanına gəlib:
“…sabaha yağış olacaq!” – deyir və çıxıb gedir.
Təəccüblənən rejissor ertəsi gün yağan yağışı heyrətlə izləyir. Elə bu vaxt hindu yenə gəlir:
“Sabah fırtına qopacaq!”, – deyir və qəfil uzaqlaşır. Ertəsi gün doğrudan da güclü bir fırtına qopur, səhranı alt-üst edir. Rejissor əmr verir:
“Tez o hindunu gətirin! Onsuz bu filmi bitirə bilmərik!”.
Adamlar hindunu tapırlar, amma yaşlı Apaçi razı olmur. Nəhayət, təklif edilən bir milyon dolları rədd edə bilmir və adamlarla birlikdə düşərgəyə gəlir. 1 ay ərzində qoca hindlinin dediyi hər şey düz çıxır: “yağış” – deyir yağış yağır, “səhrada fırtına” – deyir fırtına qopur, “yandırıcı istidən” danışır – isti olur. Rejissor çox məmnun halda çəkilişə davam edir.
Birdən bir gün qoca hindu susur və heç nə demir. Rejissor əvvəlcə “yəqin keçici haldır” deyə gözləyir. 1 gün, 2 gün, 1 həftə, 2 həftə keçir, rejissorun səbri tükənir. Hindunu kənara çəkib əsəbi halda deyir:
“Bax, sənə bu iş üçün dünyanın pulunu verdim! Bir an əvvəl bacarığını göstərməsən, səni buradan qovacağam!”
Qoca hindu çiyinlərini kədərli şəkildə çəkir:
“Radio, xarab olub, mən neyləyim?!”.

1 kişi görseli olabilir
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir