Moskvada Emin Ağalarovun restoranları bağlanıb

Dünya
Moskvada azərbaycanlı iş adamı Emin Ağalarova məxsus “Forte Bello”, “Zafferano” və “Edoko” restoranları bağlanıb.
Bu barədə Rusiyanın “Telegram” kanalları məlumat yayıblar. Bağlanan restoranların “Aviapark” ticarət mərkəzində yerləşdiyi qeyd olunub.
İş adamına məxsus “Agalarov Development” şirkətindən “TASS” agentliyinə verilən məlumata görə, şirkət müstəqil layihələrə fokuslanmaq planlarına görə restoranları bağlayıb.
“Hazırkı strategiyanın bir hissəsi olaraq, şirkət diqqətini ticarət mərkəzlərində yerləşən obyektlərdən müstəqil layihələrə yönəldir”, – şirkətdən bildirilib.
Daşınmaz əmlak şirkəti “NF Group”un pərakəndə əmlak departamentinin regional direktoru Yevgeniya Xakberdiyevanın “TASS”-a dediyinə görə, Emin Ağalarovun təkcə “Aviapark”da deyil, digər məkanlardakı restoranları da bağlanıb.
Xəbərin davamını oxumaq üçün şərh bölümündəki linkə keçid edin.
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir