Azərbaycan Ordusunun hərbçisi vəfat etdi – Fotolar

HƏRBİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Müzəffər Vəliyev vəfat edib.

Bu barədə  onun yaxınları məlumat verib.

Bildirilib ki, 20 gün əvvəl M.Vəliyevin səhhətində ciddi problemlər yaranıb. O, kəskin baş ağrılarından əziyyət çəkirmiş. Bakıda Milli Onkoloji Mərkəzində müayinə zamanı M.Vəliyevin başında şiş aşkarlanıb və əməliyyat olunub. Lakin əməliyyatdan sonra hərbçinin durumu daha da ağırlaşıb və vəfat edib. Dördpendirli pizza

Mərhum sentyabrın 11-də Gədəbəy rayonunun Şahdağ kəndinin qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Müzəffər Aydın oğlu Vəliyev 1986-cı il noyabrın 1-də Gədəbəyin Çobankənd kəndində anadan olub.

O, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.

M.Vəliyev 44 günlük Vətən müharibəsində sürücü kimi iştirak edib və işğaldan azad olunan ərazilərə təminat çatdıran əsas sürücülərdən biri olub.

O, “Kəlbəcər azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilib.

Mərhumun 3 azyaşlı övladı var.

Onun atası Aydın Vəliyev Qərb bölgəsində tanınmış aşıq olub.

Allah rəhmət eləsin!

MM.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir