Gecə hamımızı gətirdilər Bayıl türməsinə. Türmədə eşitdik ki, Məmməd Əmin Rəsulzadənin ailəsi də burdadır.
Sonra bizə dedilər ki, 700 azərbaycanlı qadını bu gecə sürgün edəcəklər. Səhərə yaxın bizi yük vaqonlarına doldurub Bakıdan çıxardılar. Hara apardıqlarını bilmirdik. Yağışın, küləyin, günün altında bir aya yaxın yollarda qaldıq. Aclığa, susuzluğa tab gətirməyib ölənləri qatar gedə-gedə hara gəldi atırdılar. Körpə uşaqların vəziyyəti daha ağır idi. Üstümüzdə dayanan silahlılar Azərbaycan uşaqlarına düşmən uşağı kimi baxırdılar. Hər gün gözümüzün qabağında onlarla uşaq ölürdü.

Sultan bəy Sultanovun qızı Bəyim xanımın xatirələrindən. Paylaşdı: 1937 səhifəsi.

MUASİRMEDİA.AZ