Hadisə rayonun Moranlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 42 yaşlı Əliyev Rüstəm Mehman oğlu qətlə yetirilib. Məlumata görə, qətlə yetirilən şəxsin başı bədənindən ayrılıb. Qətli törətməkdə şübhəli bilinən rayonun Moranlı kənd sakini, 33 yaşlı Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Qətlin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Əli Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.
MM.AZ
Yaqub Mehdi Oğlu
Yaqub Mehdi Oğlu