SOCAR-ın investisiya üzrə sabiq sədr müavini Adnan Əhmədzadə Azərbaycanda neft fırıldağına görə həbs olunub.
O, “Azeri Light” markalı nefti xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunur.
Xaricdə yaşayan iş adamı bir neçə gün öncə Azərbaycana gəlib və həbs də Bakıda gerçəkləşib.
Açıqlama almaq üçün gün ərzində Adnan Əhmədzadənin şəxsi telefonlarına zəng edilsə də, bağlı olub.
Qeyd edək ki, SOCAR-da uzun illər yüksək vəzifələr tutan Adnan Əhmədzadə iki il əvvəl ABDA İnvest Holdinqin təsis edib.
Həbs faktı ölkədə korrupsiyaya qarşı aparılan tədbirlər, həmçinin fərdi şəxslərin dövlətin beynəlxalq nüfuzuna xələl gətirə biləcək fəaliyyətlərinin qarşısını almaq siyasəti çərçivəsində həyata keçirilib.

MUASİRMEDİA.AZ