Malta Respublikasının Prezidenti Zati-aliləri xanım Miriam Spiteri Debonoy
Hörmətli xanım Prezident,
Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Malta arasında dostluq münasibətlərinin inkişafı, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim
əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 sentyabr 2025-ci il